Zaxarova: “Rusiya ÜST-lə birlikdə koronavirusun yaranma səbəblərini araşdırmağa davam edəcək”

Zaxarova: “Rusiya ÜST-lə birlikdə koronavirusun yaranma səbəblərini araşdırmağa davam edəcək”
  • Clock-gray 06:15
  • calendar-gray 07 Aprel 2021

Rusiya Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə koronavirusun yaranma səbəblərinin öyrənilməsində əməkdaşlığı davam etdirməyi hədəfləyir. 

APA-nın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“ÜST-ün Çinə səfər edən beynəlxalq ekspertlər missiyasının son hesabatı bütün qrup üzvlərinin zəhmətinin nəticəsidir. Fərqli baxışlar yeni bir koronavirus infeksiyasının ortaya çıxmasına yanaşmaları əks etdirir”, deyə Zaxarova vurğulayıb.

O, əlavə edib ki, bu sahələrdə tərəfdaşlarla qarşılıqlı əlaqədə olmağa hazırdırlar.

 

apa-logo-mini

Digər xəbərlər