Armen Qriqoryan Yunanıstana səfər edəcək

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan

© APA | Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan

# 03 mart 2023 12:58 (UTC +04:00)

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın başçılıq etdiyi Ermənistan nümayəndə heyəti Yunanıstana gedəcək.

APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, müvafiq qərarı Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan imzalayıb.
Hökumətin saytında dərc olunan sənəddə qeyd olunub ki, Qriqoryan köməkçisi Sevak Qaqramyan və müşaviri Arşak Musaxanyanla birlikdə martın 9-da Afinaya səfər edəcək.
Səfər çərçivəsində Ermənistan nümayəndə heyətinin işgüzar görüşləri gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR