Güclü külək Gürcüstanda dağıntılara səbəb olub

Güclü külək Gürcüstanda dağıntılara səbəb olub
# 18 iyun 2019 11:37 (UTC +04:00)

Güclü külək Gürcüstanın Gurjani bələdiyyəsinə tabe olan Kalauri və Şaşaiani kəndlərində dağıntılar törədib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində bəzi yaşayış evlərinin, eləcə də məktəb binasının dam örtüyü uçub.

Güclü külək Vazisubani istiqamətində yolkənarı ağacları da kökündən qopararaq yola aşırıb. Nəticədə avtomobillərin hərəkətində məhdudiyyət yaranıb. Hadisə nəticəsində yaralanan olmadığı bildirilir.

Hazırda dəyən zərərin miqdarı hesablanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR