Gürcüstan-Ermənistan sərhədində yanğın baş verib

Gürcüstan-Ermənistan sərhədində yanğın baş verib
# 04 iyul 2019 22:49 (UTC +04:00)

Gürcüstan-Ermənistan sərhədinin Marneuli rayonunun Qaçağan kəndi ərazisinə düşən sərhəd zolağında yanğın baş verib.

APA-nın yerli bürosu Gürcüstan Fövqəladə Hallar İdarəsinə istinadən xəbər verir ki, tikanlıq ərazidə başlayan yanğın əvvəlcə sərhəd xəttinin Ermənistan tərəfində alovlanıb. Yanğının söndürülməsi məqsədi ilə ərqaziyə Gürcüstan tərəfdən 7 yanğınsöndürmə qrupu cəlb edilib. Vəziyyətin hazırda nəzarətdə olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR