İrəvanda etirazlar davam edir, partiya sədri saxlanılıb

İrəvanda etirazlar davam edir, partiya sədri saxlanılıb
# 22 sentyabr 2023 09:44 (UTC +04:00)

Ermənistanda kütləvi etirazlar davam edir.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistan polisi “Ana Ermənistan” partiyasının sədri Andranik Tevanyanı saxlayıb.

O, bir qrup fəalla Saryan küçəsində nəqliyyatın hərəkətini bağlayıb. Bir neçə dəqiqədən sonra ora polis gəlib və Tevanyanı və bir neçə tərəfdarını polis bölməsinə aparıb.

Şəhərin Andranik Marqaryan adına məktəbinin də bir qrup şagirdi dərsi tərk edərək aksiyaya qoşulub.

Vətəndaş itaətsizliyi aksiyaları səhər tezdən başlayıb. Fəallar bir neçə küçəni bağlayıblar. Bundan əvvəl İrəvanın Respublika meydanında çoxsaylı polis əməkdaşları yerləşdirilib və onlar hökumət binasının qarşısında canlı divar yaradıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR