İsveç və Finlandiyada NATO bazaları yaradılacağı təqdirdə Rusiya hansı addımı atacağını açıqlayıb

İsveç və Finlandiyada NATO bazaları yaradılacağı təqdirdə Rusiya hansı addımı atacağını açıqlayıb
# 01 sentyabr 2022 13:09 (UTC +04:00)

NATO bazaları alyansa daxil olduqdan sonra Finlandiya və İsveç ərazilərində peyda olarsa, Rusiya buna cavab olaraq şimal-qərbdəki imkanlarını gücləndirməyə məcbur olacaq.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində (MQİMO) tələbələr qarşısında çıxışında bildirib.

“Əgər bazalar Finlandiya və İsveç ərazilərində yerləşdirilsə, daha doğrusu, NATO bu bazaları onlar üçün yaratmağa qərar versələr, mən əminəm ki, əsas söz amerikalılarda olacaq... Bütün bunların necə reallaşmasından asılı olaraq, əlbəttə ki, biz Rusiyanın şimal-qərbində imkanlarımızı gücləndirmək barədə qərar qəbul edəcəyik. Hər halda NATO ilə təmas xətti köklü şəkildə artacaq”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR