Kreml: Tolyatti-Odessa boru kəmərinin partladılması “Taxıl sazişi”nin uzadılmasına mane ola bilər

Kreml: Tolyatti-Odessa boru kəmərinin partladılması “Taxıl sazişi”nin uzadılmasına mane ola bilər
# 08 iyun 2023 14:37 (UTC +04:00)

Tolyatti-Odessa ammonyak boru kəmərində baş verən partlayış “Taxıl sazişi”nin uzadılması ilə bağlı vəziyyəti xeyli çətinləşdirən daha bir məqama çevrilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna diversiya qrupunun iyunun 6-da axşam saatlarında Xarkov vilayətində Tolyatti-Odessa ammonyak boru kəmərini partlatdığını açıqlayıb.

Ammonyak kəmərinin Rusiya hissəsinin operatoru olan "Transammiak"ın mətbuat xidmətindən bildirilib ki, kəmərin Rusiya hissəsi Ukrayna hissəsindən ayrılıb.

"Bu, yalnız mənfi təsir göstərə bilər. Biz bilmirik ki, hansı dağıntı var və biz Ukrayna tərəfinin bu kəmərlə bağlı nə edəcəyini bilmirik. Amma siz bilirsiniz ki, bu mövzu sazişin bizə aid olan hissəsi kimi formalaşıb. Buna görə də, belə deyək: bu, sazişin davam etdirilməsi baxımından vəziyyəti çətinləşdirən daha bir məqamdır”,- Peskov jurnalistlərə Tolyatti-Odessa ammonyak boru kəmərində baş verən partlayışın “Taxıl sazişi”nin gələcək taleyinə necə təsir edəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR