KTMT-da yeni çağırış və təhdidlərə qarşı mübarizə müzakirə edilib

KTMT-da yeni çağırış və təhdidlərə qarşı mübarizə müzakirə edilib
# 10 noyabr 2022 13:38 (UTC +04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Hərbi Komitəsi videokonfrans vasitəsilə iclas keçirib, yeni çağırış və təhdidlərə qarşı mübarizəni müzakirə edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Noyabrın 10-da KTMT-nin hərbi komitəsinin videokonfrans vasitəsilə iclası keçirilib. Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan silahlı qüvvələrinin baş qərargahlarının nümayəndə heyətləri, həmçinin KTMT-nin birgə qərargahının və təşkilatın katibliyinin nümayəndələri iştirak edib. İclas çərçivəsində KTMT regionlarında hərbi-siyasi vəziyyət, yeni çağırış və təhdidlərə qarşı mübarizə tədbirləri, o cümlədən ittifaq bloku dövlətlərinin müdafiə nazirlikləri arasında qarşılıqlı fəaliyyətin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.”, - deyə Rusiya MN-nin məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR