Lavrov: "Rusiya və Ukrayna arasında əsir və girovların mübadiləsi iki ölkənin əlaqələrini normallaşdıracaq"

Lavrov: "Rusiya və Ukrayna arasında əsir və girovların mübadiləsi iki ölkənin əlaqələrini normallaşdıracaq"
# 09 sentyabr 2019 17:23 (UTC +04:00)

Rusiya və Ukrayna arasında “35-ə 35” formatında əsir və girovların mübadiləsi Donbasda vəziyyətin həllinə kömək edəcək.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov “2+2” formatında Rusiya və Fransa Xarici İşlər və Müdafiə nazirlərinin görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

“Biz "35-ə 35" formatında baş tutan mübadilədən məmnunluğumuz ifadə etmişik. Ümid edirik ki, bu, Donbasdakı böhranın həlli ilə yanaşı Ukrayna-Rusiya münasibətlərinin normallaşacağını, Poroşenko hökumətinə məxsus olan aqressiv anti-Rusiya siyasətinin dəyişəcəyini gözləməyə imkan verən yaxşı bir siqnaldır",- deyə Lavrov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR