Bank Of Baku

Özbəkistan lideri Şavkat Mirziyoyev qızını Prezidentin köməkçisi təyin edib

Özbəkistan lideri Şavkat Mirziyoyev qızını Prezidentin köməkçisi təyin edib
# 25 avqust 2023 16:25 (UTC +04:00)

Özbəkistan lideri Şavkat Mirziyoyevin qızı Səidə Mirziyoyeva Prezidentin köməkçisi vəzifəsinə təyin edilib.

APA xəbər verir ki, bu barədə Özbəkistan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Şavkat Mirziyoyev bu barədə sərəncam imzalayıb.

Qeyd edək ki, Səidə Mirziyoyeva ötən ilin noyabrından Özbəkistan Prezidenti Administrasiyasının informasiya siyasəti sektorunun müdiri vəzifəsində çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR