Putin: Rusiya müdafiə qabiliyyətini artıracaq

Putin: Rusiya müdafiə qabiliyyətini artıracaq
# 11 yanvar 2023 16:27 (UTC +04:00)

Rusiya müdafiə qabiliyyətini artıracaq, silahlı qüvvələrin, xüsusi əməliyyatda iştirak edən bölmələrin təminatı ilə bağlı bütün problemləri həll edəcək.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə keçirdiyi müşavirədə bildirib.

O qeyd edib ki, irimiqyaslı sosial proqramların icrasını davam etdiriləcək.

“Vurğulayıram ki, biz ölkənin təhlükəsizliyinə və maraqlarına etibarlı təminat veririk, müdafiə qabiliyyətimizi artıracağıq, silahlı qüvvələrin, xüsusi hərbi əməliyyatda iştirak edən hissələrin təminatı ilə bağlı bütün problemləri mütləq həll edəcəyik. Eyni zamanda, biz genişmiqyaslı sosial-iqtisadi proqramları və planları həyata keçirməyə davam edəcəyik”, - deyə Rusiya Prezidenti vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR