Putin: “Rusiya təcavüzə qabaqlayıcı cavab verib" - YENİLƏNİB

Vladimir Putin

© APA | Vladimir Putin

# 09 may 2022 11:31 (UTC +04:00)

Rusiya sərhədləri yaxınlığında birbaşa təhlükə yaradıldı, o cümlədən Rusiyanın Krımına hücum hazırlanırdı.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qızıl Meydanda Qələbə Paradında çıxışında deyib.

“Açıq şəkildə Donbasda növbəti cəza əməliyyatına, tarixi torpaqlarımıza, o cümlədən Krıma təcavüzə hazırlıq gedirdi. Kiyevdə nüvə silahının mümkün əldə edilməsini bəyan etmişdilər və NATO bloku bizə bitişik ərazilərin aktiv şəkildə hərbi mənimsənilməsinə başlamışdı.

Beləliklə, bizim üçün və birbaşa sərhədlərimizdə tamamilə qəbuledilməz təhlükə yarandı”, - Rusiya Prezidenti vurğulayıb.

Putin bildirib ki, təhlükə hər gün artırdı: “Biz hərbi infrastrukturun necə inkişaf etdiyini, yüzlərlə xarici müşavirin necə işləməyə başladığını, NATO ölkələrindən mütəmadi olaraq ən müasir silahların çatdırıldığını görürdük. Təhlükə hər gün artırdı. Rusiya təcavüzə qabaqlayıcı cavab verib. Bu, məcburi, vaxtında və yeganə düzgün qərar suveren, güclü, müstəqil ölkənin qərarıdır”.

Putin qeyd edib ki, Donbas silahlıları və Rusiya ordusunun əsgərləri əcdadlarının düşməni məğlub etdiyi öz torpaqlarında döyüşürlər.

***

11:31

NATO ölkələri bizi eşitmək istəmədi. Onların tamamilə başqa planları var idi. Krıma hücum hazırlığı gedirdi.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Qızıl Meydanda faşizm üzərində qələbənin 77-ci ildönümünə həsr olunan paradda bildirib.

“NATO bizə bitişik əraziləri hərbi cəhətdən mənimsəməyə başladı. Bu, sərhədlərimizdə neonasistlərlə toqquşmanın qaçılmaz olacağını deyirdi”, - Putin vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR