Putin və Zelenski iki ölkə arasında əsir və girovların mübadiləsini müsbət qiymətləndirib

Putin və Zelenski iki ölkə arasında əsir və girovların mübadiləsini müsbət qiymətləndirib
# 08 sentyabr 2019 00:03 (UTC +04:00)

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı Ukrayna tərəfinin təşəbbüsü ilə baş tutub.

Telefon danışığı zamanı ölkə başçıları iki ölkə arasında əsir və girovların mübadiləsinə müsbət qiymət veriblər. Hər şeydən öncə bu aksiyanın humanitar aspekti önə çəkilərək, ikitərəfli münasibətlərin sağlamlaşdırılması üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Putin və Zelenski Donbass problemini də müzakirə ediblər. Atəşkəs rejiminə riayət olunmasının vacibliyi qeyd olunub .

Normand dördlüyü sammitinin təşkilinin perspektivlərinə dair fikir mübadiləsi zamanı Rusiya prezidenti tərəfindən bu formatda növbəti görüşün nəticəli olması və yüksək səviyyədə əldə olunan mövcud razılaşmaların, hər şeydən öncə Minsk kompleks tədbirlərinin həyata keçirilməsinə real yardım etməsi üçün hərtərəfli hazırlıq işlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR