Rusiya və İsrail XİN başçıları Ukraynanı müzakirə edib - YENİLƏNİB

Rusiya və İsrail XİN başçıları Ukraynanı müzakirə edib - YENİLƏNİB
# 03 yanvar 2023 18:14 (UTC +04:00)

Rusiya və İsrailin xarici işlər nazirləri arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin məlumatına görə, Sergey Lavrov israilli həmkarı Eli Koenlə telefon danışığı zamanı ikitərəfli əməkdaşlığı gücləndirmək üçün birgə işləməyə hazır olduğunu bildirib.

"Lavrov Rusiyanın xüsusi əməliyyatı kontekstində Ukraynadakı vəziyyət barədə məlumat verib, həmçinin Fələstinlə sülh prosesinin yenidən başlamasına kömək etməyə hazır olduğunu açıqlayıb", deyə Rusiya XİN-nin məlumatında qeyd olunub.

***

17:39

Rusiya xarici işlər naziri Sergey Lavrov və İsrailin yeni xarici işlər naziri Eli Cohen arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə İsrail XİN başçısı "Twitter" hesabında bildirib.

"İndi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon söhbətini bitirdim, o, məni vəzifəyə başlamam münasibətilə təbrik etmək üçün zəng etmişdi. Biz bir sıra ikitərəfli və regional məsələləri, ölkələrimiz arasında münasibətləri müzakirə etdik", İsrail XİN başçısı deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR