Rusiya XİN: Avropada silahlara nəzarət sistemi tamamilə dağılıb

Rusiya XİN: Avropada silahlara nəzarət sistemi tamamilə dağılıb
# 12 yanvar 2022 22:02 (UTC +04:00)

Avropada silahlara nəzarət sistemi ABŞ və Qərbin hərəkətləri nəticəsində tamamilə dağılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko Rusiya-NATO Şurasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

"Biz çox səmimi, birbaşa olaraq, siyasi cəhətdən düzgün düsturlardan istifadə edərək, vəziyyətin daha da pisləşməsinin Avropanın təhlükəsizliyi üçün ən gözlənilməz və ən çətin nəticələrə səbəb ola biləcəyini qeyd etdik. Rusiya belə bir ssenari ilə razılaşmır", - deyə diplomat vurğulayıb.

O qeyd edib ki, Moskva və Şimali Atlantika Alyansının ümumiyyətlə birləşdirici müsbət gündəliyi yoxdur, NATO qarşısına Rusiyanı nəzarət altına almağı məqsəd qoyub: “Bunun üçün nəhəng resurslar ayrılıb. Gizlədilmir ki, alyansın əsas məqsədi budur və bu faktın özü ümumavropa təhlükəsizliyini başqa prinsiplər əsasında qurmaq cəhdlərinə dağıdıcı təsir göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR