Rusiyada avtobus aşıb, 20 turist xəsarət alıb

Rusiyada avtobus aşıb, 20 turist xəsarət alıb
# 06 oktyabr 2019 12:44 (UTC +04:00)

Bu gün Rusiyanın Nijeqorod vilayətində turistlərin olduğu avtobus aşıb, 20 nəfər xəsarət alıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Saratovdan çıxan avtobus yerli vaxta saat 09.40 radələrində Qaqinsk rayonunun Panovo-Osanovo kəndi yaxınlığında aşıb.

İlkin məlumata görə, qəzaya səbəb sürücünün döngədə idarəetməni itirməsi olub və 2 sürücü və 27 sərnişinin olduğu avtobusun aşması nəticəsində 20 nəfər xəsarət alıb. Xəsarət alanlar arasında uşaqlar yoxdur.

Yaralılar xəstəxanalara yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR