Rusiyada üç minə yaxın təlimatçı çağırışçıların təliminə cəlb edilib

Rusiyada üç minə yaxın təlimatçı çağırışçıların təliminə cəlb edilib
# 30 noyabr 2022 14:27 (UTC +04:00)

Qismən səfərbərlik çərçivəsində üç minə yaxın təlimatçı çağırışçıların təliminə cəlb edilib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu nazirliyin kollegiya iclasında bildirib.

“Yeni hərbi birləşmələrin döyüş hazırlığına 3000-ə yaxın təlimatçı, ölkəmizin və Belarus Respublikasının ərazisindəki yüzdən çox poliqon cəlb olunub. İki ayda 300 mindən çox ehtiyatda olan, o cümlədən könüllülər təlim keçib", deyə Şoyqu vurğulayıb.

Rusiya MN başçısı əlavə edib ki, təlim mərkəzlərində 8 minə yaxın döyüş maşını və tank heyəti, artilleriya sistemlərinin ekipajları, hava hücumundan müdafiə sistemləri hazırlıq keçib.

Qeyd edək ki, Rusiyada sentyabrın 21-də qismən səfərbərlik elan olunub. Prezident Vladimir Putinin fərmanı ilə elan olunan səfərbərlik çərçivəsində 300 mindən çox Rusiya vətəndaşı səfərbərliyə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR