Şoyqu Svyatoqorsk şəhərinin nəzarətə götürüldüyünü açıqlayıb

Şoyqu Svyatoqorsk şəhərinin nəzarətə götürüldüyünü açıqlayıb
# 07 iyun 2022 14:10 (UTC +04:00)

Rusiyanın müdafiə naziri Sergey Şoyqu xüsusi hərbi əməliyyat zamanı Svyatoqorsk şəhərinin nəzarətə götürüldüyünü açıqlayıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Şoyqu bu gün keçirdiyi selektor müşavirəsində deyib.

"Severski Donets çayının sol sahili boyunca yerləşən “Donetsk və Luqansk Xalq Respublikaları”nın əhəmiyyətli hissəsi, o cümlədən Krasnı Liman və Svyatoqorsk şəhərləri, həmçinin 15 digər yaşayış məntəqəsi nəzarətə götürülüb", - deyə Rusiya müdafiə naziri qeyd edib.

O, nəzarətə götürülmüş ən böyük yaşayış məntəqələri arasında Studenok, Yarovaya, Kirovsk, Yampol və Drobışevonun adını çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR