Tatarıstanda bəy toydan 3 gün sonra arvadını və onun bacısını bıçaqlayaraq öldürüb

Tatarıstanda bəy toydan 3 gün sonra arvadını və onun bacısını bıçaqlayaraq öldürüb
# 23 yanvar 2022 23:16 (UTC +04:00)

Tatarıstanda toydan 3 gün sonra bəy həyat yoldaşını və onun bacısını bıçaqlayaraq öldürüb.

APA yerli mediaya istinadən xəbər verir ki, hadisə Naberejnıye Çelnıda baş verib.

20 yaşlı gəlinin və onun bacısının meyitləri qohumları tərəfindən mənzildə aşkarlanıb.

Qeyd edək ki, toy şənliyi yanvarın 20-də keçirilib.

Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR