Mədəniyyət və Turizm Nazirliyində Azərbaycandakı tarixi və mədəniyyət abidələrinin siyahısı hazırlanıb

Mədəniyyət və Turizm Nazirliyində Azərbaycandakı tarixi və mədəniyyət abidələrinin siyahısı hazırlanıb
# 06 avqust 2008 16:46 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Prezidentin sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyində ölkə ərazisində dövlət mühafizəsinə götürülməsi təklif olunan daşınmaz tarixi və mədəniyyət abidələrinin siyahısının ilkin variantı hazırlanıb. Bu barədə APA-ya məlumat verən Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov siyahının irad və təkliflərin bildirilməsi üçün müvafiq təşkilat və qurumlara göndərildiyini bildirib. Siyahının ilkin variantına UNESCO-nun dünya irsi siyahısına salınmış abidələr (İçərişəhər, Şirvanşahlar Sarayı kompleksi, Qız qalası, Qobustan qoruğu) daxil edilib. Təbii fəlakət və digər səbəblərdən itirilmiş abidələr siyahıdan çıxarılıb və ölkənin müxtəlif bölgələrində yeni aşkarlanmış abidələr əlavə olunub. Yeni aşkarlanmış abidələrdən Ağstafa rayonu ərazisində yerləşən, ölkə başçısının sərəncamı ilə qoruq elan edilmiş Keşikçidağ mağaralar kompleksini, Göygöl, Gədəbəy, Şəmkir, Qəbələ, Balakən, Lənkəran və digər rayonların ərazilərində yerləşən tikililəri və yaşayış evlərini göstərmək olar. Siyahının ilkin variantında 7 minə yaxın abidənin dövlət mühafizəsinə götürülməsi təklif edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR