Bir qrup mədəniyyət işçisinə mükafatlar təqdim edilib - FOTO

Bir qrup mədəniyyət işçisinə mükafatlar təqdim edilib

© APA | Bir qrup mədəniyyət işçisinə mükafatlar təqdim edilib

# 25 may 2022 15:26 (UTC +04:00)

Bu gün bir qrup mədəniyyət işçisinə orden və medallar təqdim edilib.

APA xəbər verir ki, təqdimat mərasimi Azərbaycan Milli Xalça Muzeyində baş tutub.

Mədəniyyət naziri Anar Kərimov mədəniyyət işçilərinin fəaliyyətini yüksək qiymətləndirib: “Mədəniyyət xalqın, cəmiyyətin ən vacib məfhumlarından biridir. Mədəniyyət anlayışının cəmiyyətin inkişafında yolu və rolu danılmazdır və hesab edirəm ki, daha da artırılmalıdır. Onu da qeyd edim ki, mədəniyyət bizim üçün həm də təhlükəsizlik məsələsidir. Təbii ki, bu sahədə çalışanlar da öz sahələrinə görə əsgərlərdir. Sizlərin gördüyü iş dövlətimiz və mədəniyyətimiz üçün olduqca əhəmiyyətli və dəyərlidir”.

Daha sonra Anar Kərimov mədəniyyət işçilərinə orden və medalları təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR