Afrika və Çexiyadan olan jurnalistlər Gəncəyə səfər edib - FOTO

Afrika və Çexiyadan olan jurnalistlər Gəncəyə səfər edib - FOTO
# 11 oktyabr 2022 17:48 (UTC +04:00)

Cənubi Afrika Respublikası və Çexiyadan olan jurnalistlər Gəncə şəhərinə səfər ediblər.

APA-nın yerli bürosunun məlumatına görə, jurnalistlər Qələbə parkında, ermənilərin raket hücumu nəticəsində dağılan ərazidə olublar.

Onları Xarici İşlər Nazirliyinin təmsilçisi müşayiət edib.

Jurnalistlər Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan əraziləri ziyarət edib, günahsız mülki insanlara qarşı həyata keçirilmiş hərbi cinayətlərin nəticələri ilə yerində tanış olub, 44 günlük Vətən müharibəsi zamanı ballistik raketlə hədəf alınan yaşayış massivinə baş çəkiblər.

Jurnalistlər erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb. Sonra Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonaqlara məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyasını pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan ordusunun Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR