Şuşada Beynəlxalq Media Forum başlayıb - FOTO - YENİLƏNİB

Şuşada Beynəlxalq Media Forum başlayıb - FOTO  - YENİLƏNİB
# 22 iyul 2022 10:36 (UTC +04:00)

Şuşada Beynəlxalq Media Forum başlayıb.

APA xəbər verir ki, "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda keçirilən forumda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev, 20-dək ölkədən olan xarici media nümayəndələri, ekspertlər və yerli media nümayəndələri iştirak edir.

Forum çərçivəsində keçiriləcək panellərdə "Yeni media jurnalistikasına keçid, ənənəvi medianın problemləri, rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı", "Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri" və digər mövzular müzakirə olunacaq.

***

08:42

Bu gün Şuşada "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda Beynəlxalq Media Forum keçiriləcək.

APA-nın xəbərinə görə, forumda "Yeni media jurnalistikasına keçid, ənənəvi medianın problemləri, rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı", "Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri" və digər mövzular müzakirə olunacaq.

Forumda iştirak edəcək 20-dək ölkədən olan xarici media nümayəndələri, ekspertlər və yerli media nümayəndələrindən ibarət heyəti daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına enib.

Qeyd edək ki, Beynəlxalq Media Forum Medianın İnkişafı Agentliyi tərəfindən təşkil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR