Azərbaycan Prezidenti: “Erməni barbarizmi və vandalizminin miqyası çox təsiredicidir”

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 05 oktyabr 2022 12:07 (UTC +04:00)

Bizim xalqımız ciddi humanitar böhrana məruz qalıb. Çünki Ermənistanın təcavüzü və işğalı nəticəsində 1 milyondan çox azərbaycanlı Qarabağda, Zəngəzurda və həmçinin bugünkü Ermənistanda öz doğma torpaqlarından etnik şəkildə təmizlənib.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışında deyib.

“Bu baş verdiyi zaman Azərbaycanın əhalisi 8 milyondan az idi və siz təsəvvür edə bilirsinizmi onun 1 milyonu qaçqın və məcburi köçkünə çevrildi. Biz beynəlxalq təşkilatlara, xüsusilə də BMT-nin institutlarına bizim qaçqın və məcburi köçkünlərimizə dəstəyə görə minnətdarıq, xüsusilə də bizim bu dəstəyə ciddi ehtiyac duyduğumuz müstəqilliyin ilk illərində.

Ermənistanın təcavüzü və işğalının nəticələri hazırda azad edilmiş ərazilərə səfər edən hər kəs tərəfindən görülür. İkinci Qarabağ müharibəsi başa çatandan bəri minlərlə əcnəbi ziyarətçi, jurnalistlər, siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri bura gəlib öz gözləri ilə görüblər. Erməni barbarizmi və vandalizminin miqyası çox təsiredicidir. Azərbaycanın bu hissəsinə gələn bir çoxları özünü mənəvi olaraq tamamilə tükənmiş hiss edir və siz biz azərbaycanlıların, xüsusilə də Ağdamda, Füzulidə və Azərbaycanın işğal altında olmuş digər ərazilərində yaşamış insanların bura gəldikləri zamankı hisslərini təsəvvür edə bilərsiniz. Onlar hətta evlərinin yerləşdiyi yeri belə tapa bilmirlər. Çünki hər şey tamamilə dağıdılıb”, - Prezident İlham Əliyev vurğulayıb.

Qeyd edək ki, Prezidentin çıxışı BMT resursunda da canlı yayımlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR