Azərbaycan və İsrail prezidentləri enerji sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə edib

Azərbaycan və İsrail prezidentləri enerji sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə edib
# 30 may 2023 14:21 (UTC +04:00)

Azərbaycan və İsrail prezidentlərinin görüşü zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatlarla çıxış zamanı deyib.

“Bu gün müzakirələr zamanı biz, həmçinin enerji sahəsində əməkdaşlığın necə genişləndirilməsi məsələsini də müzakirə etdik. Çünki biz investisiya layihələri, interkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar görürük.

Biz, həmçinin irriqasiya və kənd təsərrüfatı sahəsində planlarımızı və artıq görülmüş işləri müzakirə etdik. İsrailin bu sahədə böyük nailiyyətlərindən bizim xəbərimiz var və biz kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün bu müsbət təcrübədən istifadə etmək və ixrac bazarımızı şaxələndirmək istəyirik”, - Prezident İlham Əliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR