Bank Of Baku

Litva və Azərbaycan arasında əməkdaşlığa dair sənədlər imzalanıb - FOTO

Litva və Azərbaycan arasında əməkdaşlığa dair sənədlər imzalanıb - FOTO
# 22 may 2023 11:27 (UTC +04:00)

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi səfəri çərçivəsində Litva və Azərbaycan arasında sənədlər imzalanıb.

APA-nın Vilnüsə ezam olunmuş müxbiri xəbər verir ki, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı” və “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR