Prezident: İsraildə Azərbaycan səfirliyinin açılması əlaqələri yüksək səviyyəyə qaldıracaq

Prezident: İsraildə Azərbaycan səfirliyinin açılması əlaqələri yüksək səviyyəyə qaldıracaq
# 30 may 2023 14:07 (UTC +04:00)

Bu il İsraildə Azərbaycan səfirliyinin açılması, əlbəttə ki, əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatlarla çıxış zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanla İsrail arasında ticarət dövriyyəsi ticarət dövriyyəsi 1,7 milyard ABŞ dollarından çoxdur, bu da böyük məbləğdir: "Lakin, hesab edirəm ki, növbəti illərdə biz ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq və ümid edirəm ki, həyata keçiriləcəyini planlaşdırdığımız birgə layihələr nəticəsində bizim daha balanslaşdırılmış ticarət dövriyyəmiz olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq. Buna baxmayaraq, uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da əslində enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR