Prezident: İsrailin müasir müdafiə sənayesi məhsulları Azərbaycana öz milli maraqlarını və ərazi bütövlüyünü qorumağa yardım edir

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 30 may 2023 14:32 (UTC +04:00)

İsrailin müasir müdafiə sənayesi məhsulları Azərbaycana öz milli maraqlarını və ərazi bütövlüyünü qorumağa yardım edir.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatlarla çıxış zamanı deyib.

“Təhdidlərdən danışarkən, həmçinin müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlığı məmnuniyyətlə qeyd etmək istəyirəm. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır”, - Prezident İlham Əliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR