"Azərişiq" və "Azəriqaz" arasında strateji əməkdaşlığa dair memorandum imzalanıb

"Azərişiq" və "Azəriqaz" arasında strateji əməkdaşlığa dair memorandum imzalanıb
# 25 yanvar 2021 16:58 (UTC +04:00)

“Azərişıq” ASC ilə “Azəriqaz” İB arasında strateji əməkdaşlıq üzrə memorandum imzalanıb.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, videoformatda keçirilən tədbirdə memorandumu “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov və “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev imzalayıblar.

Strateji əməkdaşlıq üzrə memorandum gələcəkdə vahid mənbədən idarə edilməklə vahid kommunal idarəetmə funksiyalarının formalaşdırılması, şəbəkəyə qoşulmanın əlçatanlığı və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsini nəzərdə tutur. Bundan başqa Vətən müharibəsinin nəticəsi olaraq işğaldan azad olunan ərazilərdə daha operativ yanaşmanın təmin edilməsi istiqamətində də birgə fəaliyyət planının işlənilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR