Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nizamnamə fondu iki dəfədən çox artırılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nizamnamə fondu iki dəfədən çox artırılıb
# 16 dekabr 2019 22:14 (UTC +04:00)

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

APA-nın məlumatına görə, Fərmana əsasən, 5.2-ci bənd (Agentliyin nizamnamə fondu 5,0 (beş) milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır) ləğv edilib.

Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”nin 7.1-ci bəndində “5,0 (beş) milyon” sözləri “10 126 118 (on milyon yüz iyirmi altı min yüz on səkkiz)” sözləri ilə əvəz edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR