Nazir müavini: "Özbəkistan və Azərbaycan arasında münasibətlər davamlı inkişaf xarakteri alıb"

Nazir müavini: "Özbəkistan və Azərbaycan arasında münasibətlər davamlı inkişaf xarakteri alıb"
# 25 avqust 2020 12:46 (UTC +04:00)

Son 3 ildə Özbəkistan və Azərbaycan arasındakı münasibətlər siyasi, iqtisadi və humanitar sahələrdə davamlı inkişaf xarakteri alıb.

"APA-Economics"in məlumatına görə, bunun "Made in Uzbekistan Textile" onlayn biznes forumunun plenar iclasında çıxış edən Özbəkistanın Xarici İşlər nazirinin müavini İlhamjon Nematov deyib.

Onun sözlərinə görə, təəssüf ki, pandemiya səbəbindən bu ilin əvvəlində Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri təxirə salındı, lakin Özbəkistan tərəfi bu səfərə həmişə hazırdır.

"Bugünkü görüşümüz toxuculuq sənayesində əlaqələrin inkişafına təkan verəcək. Azərbaycanın toxuculuq sənayesindəki potensialını bilirəm. Bu, Azərbaycanda da, Özbəkistanda da çox inkişaf etmiş bir sənayedir. Son vaxtlar belə bir tədbirin keçirilməsi Özbəkistan və Azərbaycan arasında yaxşı bir ənənəyə çevrilib, tədbir ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfə verir", - deyə İ. Nematov qeyd edib.

Nazir müavini forumda qarşıya qoyulan vəzifənin uğurla yerinə yetirəcəyinə, toxuculuq məhsullarının ixracyönümlü özbək şirkətlərinə yeni distributorların tapılmasına, tərəfdaş şəbəkələrinin genişləndirilməsinə və Azərbaycan şirkətləri ilə birgə müəssisələrin yaradılmasına imkan yaradacağına inandığını bildirib.

"Əminəm ki, forumun nəticələri Özbəkistanla Azərbaycan arasında təkcə toxuculuq sənayesində deyil, həm də iqtisadiyyatın bütün sahələrində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün vacib bir stimul olacaq", - deyə İ. Nematov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR