Azərbaycanda qeydiyyata alınmış hüquqi şəxslərin sayı 18% artıb

Azərbaycanda qeydiyyata alınmış hüquqi şəxslərin sayı 18% artıb
# 26 iyul 2019 12:42 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 7 111 hüquqi şəxs qeydiyyata alınıb, qeydiyyata alınan hüquqi şəxslərin mütləq əksəriyyəti elektron qeydiyyat xidmətindən istifadə ediblər.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, 2019-cu ilin ilk yarısında qeydiyyata alınmış hüquqi şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 18% artıb, e-qeydiyyatın xüsusi çəkisi isə 79,6 %-dən 85,7%-ə yüksəlib.

“Yeni elektron qeydiyyat sisteminə əsasən qeydiyyat sənədləri yalnız vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və sahibkarlar üçün bu sənədlərin kağız daşıyıcılarda götürülməsinə zərurət yaranmır. Elektron kabinetə göndərilmiş qeydiyyat sənədləri xüsusi barkodla şifrələnməklə onların rəsmi sənəd olaraq bütün dövlət qurumları, banklar, notariuslar və digər təşkilatlar tərəfindən elektron formada qəbul edilməsi təmin edilir”, - deyə Nazirlikdən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR