Gədəbəydə yaylaq festivalı keçiriləcək - FOTO

Gədəbəydə yaylaq festivalı keçiriləcək - FOTO
# 20 iyul 2019 11:47 (UTC +04:00)

Gədəbəy rayonunda yaylaq festivalı təşkil olunacaq.

APA-nın yerli bürosunun məlumatına görə, yaylaq festivalı 26-28 iyul tarixlərində keçiriləcək. Artıq festivala son hazırlıq işləri gedir. Festivalın keçirilməsi üçün Miskinli yaylağının ərazisində yaradılacaq “Yaylaq Yurdu” adlı etnik qəsəbədə Yaylaq bazarı (kənd təsərrüfatı) və Sənətkarlıq guşəsi fəaliyyət göstərəcək.

Etnik qəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənliyi (etnoqrafik-mədəni-idman tədbiri) təşkil ediləcək. Festivala çoxlu sayda yerli qonaqların və xarici turistlərin gəlməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR