Samir Nuriyev: "Bakıda 11 mindən artıq ailəyə mənzilə mülkiyyət sənədlərini əldə etməyə imkan yaradılıb"

Samir Nuriyev: "Bakıda 11 mindən artıq ailəyə mənzilə mülkiyyət sənədlərini əldə etməyə imkan yaradılıb"
# 02 iyul 2019 11:52 (UTC +04:00)

"Prezident İlham Əliyev bu ilin əvvəlində bəzi çoxmənzilli binaların istismara qəbul olunması prosesinin daha da sadələşdirilməsi ilə bağlı fərman imzalayıb. Həmin fərman inqilabi fərmandır ".

APA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev bildirib.

S. Nuriyev deyib ki, bunu həqiqətən son illər ərzində çoxmənzilli binaların istismara qəbulu ilə əlaqədar yığılmış sənədləşmə problemlərinin həll olunması kimi qiymətləndirmək lazımdır: "Həmin fərmana əsasən, bu ilin sonuna kimi çoxmənzilli binaların istismara qəbulu ilə bağlı işlər başa çatdırılmalıdır".

Komitə sədri qeyd edib ki, bu günə qədər Bakı şəhəri üzrə 59 layihə həyata keçirilib: "Bu, 59 bina deyil, 59 ünvandır. Bəzi ünvanlarda bu, kompleksdir, bəzi yerlərdə bir neçə binadır. Əgər mənzil sayı götürsək, 11 mindən artıq mənzildən söhbət gedir. Artıq Bakıda 11 mindən artıq ailəyə mənzilə mülkiyyət sənədlərini əldə etməyə imkan yaradılıb. Eyni zamanda həyata keçirilməli olan 400-ə yaxın layihə mövcuddur. Aildiyyatı dövlət təşkilatları öz işlərini bitirdikdən və sənədlərini Komitəyə təqdim etməkdən sonra artıq ləngiməyə yol vermədən bir həftə ərzində həmin çoxmənzilli binalara istismar sənədinin verilməsi təmin edilir. Düşünürəm ki, fərmanda nəzərdə tutulduğu kimi, ilin sonunda bu işlər başa çatdırılacaq. Əlbəttə, yerlərdə nöqsanlar da aşkarlanır. Biz iş adamlarını dəvət edirik ki, tikdikləri layihədə nöqsanları aradan qaldıraraq aidiyyatı üzrə öz sənədlərini təqdim etsinlər".

S. Nuriyev nəzərə çatdırıb ki, istismara qəbul üçün əsas şərtlər binanın təhlükəsizliyinin, dayanıqlığının təmin olunması, lift sistemlərinin düzgün çalışması, kommunikasiya sistemlərinin qoşulmasıdır: "Bunlar təmin olunduqdan sonra binanın biz tərəfdən istismara qəbul edilməsi çox qısa müddətdə həyata keçirilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR