Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsi 2 dəfədən çox artıb

Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsi 2 dəfədən çox artıb
# 26 iyul 2022 14:59 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Hindistan və Azərbaycan arasında ticarət dövriyyəsi 895,95 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çoxdur.

"APA-Economics" xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı səfirliyinin birinci katibi Vinay Kumar Azərbaycan və Hindistan arasında turizm sahəsində fəaliyyət göstərən şirkətlərin onlayn B2B görüşündə çıxış edərkən deyib.

Onun sözlərinə görə, ötən ilin ilk altı ayında ikitərəfli ticarət dövriyyəsi 431,35 mln. dollar civarında olub.

“Hazırda Hindistan Azərbaycan üçün dördüncü ən böyük ixrac ölkəsidir”, - deyə Vinay Kumar qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR