Bu ilin yanvar-iyul aylarında Azərbaycanda sığorta şirkətinin yığımlarının həcmi 1 milyard 6,4 milyon manat olub.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 7,3% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 671, 4 milyon manat təşkil edib. Bu göstərici illik müqayisədə 26,9% çoxdur.