Qarabağ və Şərqi Zəngəzurda qadınların biznesə qatılması üçün dəstək göstəriləcək

Orxan Məmmədov

© APA | Orxan Məmmədov

# 25 yanvar 2022 11:45 (UTC +04:00)

“Azərbaycanda qadın sahibkarlara dəstək tədbirləri davam etdirilir”.

APA-nın məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Yeni Azərbaycan Partiyası və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən təşkil olunan “Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfransda deyib.

O bildirib ki, KOBİA olaraq Qarabağ və Şərqi Zəngəzurda qadın sahibkarlara dəstək verməyə hazırdırlar: “Qadın sahibkarların iki iqtisadi rayonda fəaliyyətlərinin öyrənilməsi əhəmiyyətlidir. İşğaldan azad edilmiş ərazilərdə biznes qurulmasına maraq göstərənlər arasında qadın sahibkarlar da var. Bu günədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq üçün KOBİA-ya daxil olan 980 müraciətdən 42-si qadın sahibkarlara aiddir. Qarabağ və Şərqi Zəngəzurun iqtisadi və sosial inkişafına nail olunması üçün qadın sahibkarların rolunu əhəmiyyətli hesab edirik. Regionlarda, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda qadınların biznes layihələrinə qatılması üçün KOBİA tərəfindən müvafiq dəstək göstəriləcək”.

O. Məmmədov onu da əlavə edib ki, biznes qurmaq istəyən qadın sahibkarların təqdim etdikləri layihələrin 13-ü ticarət və xidmət, 10-u sənaye, 6-sı kənd təsərrüfatı, 6-sı turizm, 4-ü tikinti işləri, 2-si təhsil, 1-i isə səhiyyə sahələri üzrə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR