Azərbaycan-İtaliya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçiriləcək

Azərbaycan-İtaliya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçiriləcək
# 09 dekabr 2020 21:36 (UTC +04:00)

Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın gələn il Bakıda keçiriləcək 6-cı iclasına hazırlıq işlərinin müzakirə edilməsi məqsədilə videokonfrans formatında görüşün keçirilməsi razılaşdırılıb.

Energetika Nazirliyundən "APA-Economics"ə verilən məlumata görə, qeyd olunan məsələyə nazir Pərviz Şahbazov ADA Univesristetində İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı toxunulub.

Görüşdə cari ilin fevral ayında Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı İtaliya-Azərbaycan təhsiI proqramının genişləndirilməsi və İtaliya-Azərbaycan Universitetinin yaradılması məqsədilə ADA Universiteti ilə Luiss Universiteti arasında imzalanmış sazişə əsasən bu istiqamətdə işlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. ADA Universitetinin rektoru Hafiz Paşayev tərəfindən qeyd edilən əməkdaşlıq çərçivəsində həyata keçirilən hazırlıq işləri ilə bağlı məlumat təqdim edilib.

Manlio Di Stefano Ermənistan işğalından azad edilmiş Ağdama səfərinin təəssüratlarını bölüşüb və İtaliya şirkətlərinin qələbədən sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçirələcək quruculuq işlərində iştirakda maraqlı olduğunu bildirib.

Həmçinin, iki ölkə arasında iqtisadi-ticarət münasibətlərinə toxunulub, İtalya şirkətləri ilə hazırda davam edən və gələcəkdə həyata keçirilə biləcək layihələr müzakirə edilib.

Cənub Qaz Dəhlizi və layihənin son komponenti olan Trans Adriatik Boru Kəmərinin əhəmiyyəti vurğulanıb, dəhliz vasitəsi ilə tezliklə Azərbaycan qazının Avropaya nəqlinə başlanmasının nəzərdə tutulduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR