Azərbaycan Türkiyə ərazisi ilə 78 mln. barelə yaxın neft nəql edib

Azərbaycan Türkiyə ərazisi ilə 78 mln. barelə yaxın neft nəql edib
  • Clock-gray 14:34
  • calendar-gray 23 May 2020

Bu ilin yanvar-aprel aylarında Türkiyə ərazisində Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 77,8 mln. barelə yaxın neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9% azdır.

"APA-Economics"in Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən verdiyi məlumata görə, 2019-ci ilin yanvar-aprel aylarında kəmər vasitəsilə Türkiyə ərazisi ilə 79,3 mln. barel neft nəql edilib.

Qeyd edək ki, ötən il Türkiyə ərazisində BTC vasitəsilə 235 243 min barel neft nəql edilib, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə  8,03% azdır.

BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə Orta Asiya istehsalçılarının nefti də Türkiyə ərazisinə göndərilir.

Emil İsmayılov

Digər xəbərlər