Azərbaycanda siqaret istehsalı kəskin artıb

Azərbaycanda siqaret istehsalı kəskin artıb
# 18 fevral 2021 10:35 (UTC +04:00)

2021-ci ilin yanvar ayında Azərbaycan 1 624,5 mln. ədəd papiros və siqaretlər və 4,6 ton fermentləşdirilmiş tütün istehsal edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin yanvar ayı ilə müqayisədə ölkədə papiros və siqaretlərin istehsalı 3,4 dəfə, fermentləşdirilmiş tütünün istehsalı isə 2,1% artıb.

Qeyd edək ki, ölkədə yanvar ayında istehsal olunan tütün məmulatlarının ümumi dəyəri 44,3 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 2,9 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR