"Fitch": SOCAR 2022-ci ildə neft hasilatını artıracaq

"Fitch": SOCAR 2022-ci ildə neft hasilatını artıracaq
# 18 aprel 2020 11:58 (UTC +04:00)

"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin proqnozuna görə, SOCAR 2020-ci ildə neft hasilatını 11% azaldacaq.

Bu barədə "APA-Economics" "Fitch Ratings" agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, ötən il SOCAR birbaşa öz imkanları ilə istismar etdiyi yataqlarda 7,7 mln. ton neft hasil edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 2% çoxdur.

Bununla yanaşı, agentliyin proqnozuna əsasən, 2022-ci ildə SOCAR üzrə neft hasilatı artacaq və 2018-ci ilin göstəricisinin səviyyəsindən yuxarı olacaq.

Xatırladaq ki, 2018-ci ildə SOCAR 7,54 mln. ton neft hasil edib.

Əlavə etmək lazımdır ki, "Fitch Ratings" SOCAR-ın emitentinin uzunmüddətli defolt reytinqini (IDR) və emitentin təmin edilməmiş borc reytinqini "BB+" səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə "stabil"dən "mənfi"yə endirib. Reytinq üzrə proqnozun "mənfi"yə dəyişməsinin əsas səbəbi Azərbaycanın uzunmüddətli IDR-i üzrə proqnozun "stabil"dən "mənfi"yə endirilməsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR