Gündəlik qlobal neft emalı bu il 6,2 mln. barel azalacaq - PROQNOZ

Gündəlik qlobal neft emalı bu il 6,2 mln. barel azalacaq - PROQNOZ
# 14 may 2020 13:15 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyini (IEA) 2020-ci ildə dünyada gündəlik neft emalı üzrə proqnozunu dəyişib.

Bu barədə "APA-Economics" IEA-ın may ayı üzrə hesabatına istinadən verdiyi məlumata görə, bu il dünyada gündəlik neft emalı illik ifadədə 6,2 mln. barel azala bilər ki, bu da öncəki proqnozla müqayisədə 1,4 mln. barel azdır.

Hesabata əsasən, dünyada neft emalı həcmlərinin azalmasının pik nöqtəsi may ayında olacağı gözlənilir. Bu ilin II rübündə azalma ötən ilin eyni dövrü ilə müqayisədə gündəlik 13,4 mln. barel səviyyəsində olacaq.

Hesabatda Avropa, Asiya və Afrikadakı bir neçə neft emalı zavodunun qeyri-müəyyən vaxtda bağlanması fonunda may ayının əvvəlində boş saxlama anbarlarının tapılması ilə bağlı çətinliklərin artdığı bildirilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR