Gürcüstan Azərbaycandan ötən il 129 mln. dollarlıq neft bitumu idxal edib

Gürcüstan Azərbaycandan ötən il 129 mln. dollarlıq neft bitumu idxal edib
# 22 yanvar 2021 11:44 (UTC +04:00)

2020-ci ildə Gürcüstanın neft bitumu idxalı illik müqayisədə 41,3 min ton və ya 24,3% azalaraq 128,7 min ton təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin hesabatında deyilir.

Qeyd olunur ki, idxal edilən məhsulun 63,8%-i (82,1 min ton) Azərbaycanın payına düşüb. Bu göstərici ilə Azərbaycan hesabat dövründə Gürcüstanın əsas neft bitumu tədarükçüsü olub.

Ötən il Gürcüstanın neft bitumu idxal etdiyi digər ölkələr sırasında İraq (20,7% və ya 26,6 min ton), İran (7,1% və ya 9,1 min ton), Rusiya (5,6% və ya 7,2 min ton), Türkiyə (1,9% və ya 2,4 min ton), Ermənistan (0,7% və ya 0,9 min ton), BƏƏ (0,1% və ya 0,2 min ton) və Albaniya olub (0,1% və ya 0,2 min ton).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR