Londonda Beynəlxalq Neft Həftəsi keçirilir

Londonda Beynəlxalq Neft Həftəsi keçirilir
# 25 fevral 2020 16:15 (UTC +04:00)

London şəhərində Beynəlxalq Neft Həftəsi ("International Petroleum Week") işə başlayıb.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, neft həftəsi çərçivəsində “Az karbonlu gələcəyin təminatı üçün strategiyalar”, “Enerji şirkətlərinin perspektivləri: iqlim dəyişikliyi qarşısında davamlı gəlirlərə ehtiyacın tarazlaşdırılması”, “Enerji sənayesində yaşıl gələcək üçün yeni yollar”, “Orta Şərq milli sənaye paneli” kimi müxtəlif mövzularda müzakirələr aparılacaq. Neft həftəsi 27 fevrala qədər davam edəcək.

Qeyd edək ki, neft şirkətləri və treyderlərin yığışdığı əsas məkanlardan biri olan London Beynəlxalq Neft Həftəsi gələcək illər üçün sənayenin inkişafını təyin edən fikirlərin formalaşdığı beynəlxalq platformadır.

Xatırladaq ki, SOCAR, "ExxonMobil", "Royal Dutch Shell" və bir sıra iri şirkətlər koronavirusla əlaqədar olaraq neft həftəsində iştirakdan imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR