Nazir: "Ötən ay Azərbaycan OPEC+ çərçivəsində öhdəliklərini yerinə yetirib"

Nazir: "Ötən ay Azərbaycan OPEC+ çərçivəsində öhdəliklərini yerinə yetirib"
# 09 fevral 2020 12:56 (UTC +04:00)

Ötən ay Azərbaycan OPEC+ təşəbbüsü çərçivəsində öz öhdəliklərini, demək olar ki, yerinə yetirib.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, ölkənin OPEC+ çərçivəsində gündəlik orta neft hasilatı öhdəliyi 769 bareldir. Buna baxmayaraq, yanvar ayı üçün orta gündəlik neft hasilatı üzrə rəsmi göstəriciləri nazirlik hələ açıqlamayıb.

"Çox güman ki, yanvarda bizim orta gündəlik neft hasilatımız 770 min barel səviyyəsində olacaq", - deyə P. Şahbazov əlavə edib.

Xatırladaq ki, 2019-cu ilin 6 dekabr tarixində Vyanada keçirilən OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da OPEC+ üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 mln. barelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi OPEC+ ölkələri arasında proporsional qaydada aparılıb.ü

Dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni razılaşmaya qoşulub. Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min bareldən əlavə 7 min barel də azaldacaq. Beləliklə, öhdəliyi 27 min barelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barel həcmində saxlamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR