Pərviz Şahbazov: "Neft bazarının sabitləşməsi üçün ən azı iki il vaxt lazımdır"

Pərviz Şahbazov: "Neft bazarının sabitləşməsi üçün ən azı iki il vaxt lazımdır"
# 02 iyul 2020 15:40 (UTC +04:00)

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov neft hasilatını azaltmaq üçün "OPEC+" sazişində iştirak edənlərin sayını artırmağa çağırıb.

"APA-Economics"in məlumatına görə, nazir bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və "Valday" Beynəlxalq Diskussiya Klubunun onlayn formatda birgə keçirdiyi "Qlobal energetika və beynəlxalq siyasi risklər" adlı beynəlxalq video-konfransda çıxış edərkən bildirib.

"Neft bazarındakı sabitlik bütün iştirakçıların maraqlarına cavab verir. Bu baxımdan ölkələri və digər istehsalçıları cəlb etməklə "OPEC+" formatının daha da genişləndirilməsini vacib sayıram", - deyə P. Şahbazov qeyd edib.

O əlavə edib ki, Azərbaycan "OPEC+" sazişi çərçivəsində öhdəliklərini yerinə yetirməyə davam etmək niyyətindədir: "Azərbaycan öhdəliklərə sadiqliyini təsdiqləyir və neft bazarında sabitliyin təmin olunmasında fəal rol oynamağa davam edəcək".

P. Şahbazov hesab edir ki, neftə olan tələbatın böhrandan əvvəlki səviyyəsinin bərpası ən azı iki il çəkə bilər.

"Təəssüf ki, indiki qeyri-müəyyənliyi nəzərə alsaq, tələbin gələcəkdə tam bərpa olunacağını inamla gözləmək olmaz. Bəzi hesablamalara görə, neft bazarının sabitləşməsi üçün ən azı iki il vaxt lazımdır", - deyə nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR