SOCAR İsveçrədə YDM-lərin sayını 200-ə çatdırıb

SOCAR İsveçrədə YDM-lərin sayını 200-ə çatdırıb
# 07 dekabr 2020 14:18 (UTC +04:00)

"SOCAR Energy Switzerland" şirkəti İsveçrədə yanacaqdoldurma məntəqələrinin (YDM) sayını 200-ə çatdırıb.

Bu barədə "APA-Economics" "SOCAR Energy Switzerland"ə istinadən xəbər verir.

Məlumata görə, şirkət daha 3 YDM açaraq onların sayını 200-ə çatdırıb.

Xatırladaq ki, "SOCAR Energy Switzerland" İsveçrə bazarında neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğuldur. 2012-ci ildə SOCAR və "ExxonMobil" arasında imzalanan müqavilə əsasında "Esso Switzerland" şirkətinin aktivləri SOCAR-ın nəzarətinə keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR