Avropa öz qaz anbarlarını 95% doldurub

Avropa öz qaz anbarlarını 95% doldurub
# 04 noyabr 2022 10:57 (UTC +04:00)

Avropa İttifaqı ölkələrində qışa hazırlıq çərçivəsində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi orta hesabla 95%-i ötüb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Gas Infrastructure Europe" Assosiasiyasının (Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası) məlumatlarında bildirilib.

Məlumata görə, hazırda qeyd olunan göstərici 95,02% təşkil edir (son sutka göstərici 0,1 faiz bəndi artıb – red.) və Avropanın yeraltı qaz anbarlarında olan ümumi qazın həcmi 103 mlrd. kubmetr səviyyəsindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR