Avropada qazın qiyməti 650 dollar səviyyəsində qərarlaşıb

Avropada qazın qiyməti 650 dollar səviyyəsində qərarlaşıb
# 27 yanvar 2023 09:50 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 650 ABŞ dolları səviyyəsində qərarlaşıb.

APA-Economics” xəbər verir ki, 26 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 649 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (638,6 dollar) ilə müqayisədə 1,6% coxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR