Azərbaycan alüminium ixracını 35,6% artırıb

Azərbaycan alüminium ixracını 35,6% artırıb
# 29 aprel 2022 14:12 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında "Azəralüminium" şirkəti 50,2 mln. ABŞ dolları dəyərində məhsul ixrac edib, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,2 mln. dollar və ya 35,6% çoxdur.

"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin göstəriciləri əsasında apardığı hesablamalarına görə, keçən ilin müvafiq dövründə şirkət 37 mln. dollar dəyərində məhsul ixrac edib.
Bu ilin fevral ayının göstəricisi ilə müqayisədə isə, martda müəssisə tərəfindən keçirilən ixracın dəyəri 0,8 mln. dollar və ya 4,8% artaraq 17,5 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR